Rumıniyada koronavirusun "Britaniya" ştammının yeni növünü aşkarlanıb

6 Aprel 2021 07:31

Rumıniyanın Suçava şəhərinin Böyük Ştefan adına Universitetinin mütəxəssisləri koronavirusun yeni növünü aşkarlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, aşkarlanan yeni növ özündə Böyük Britaniyada aşkarlanan B1.1.7 ştammını və bəzi tədqiqatlara əsasən vaksinlərin təsirini azalda biləcək E484K mutasiyasını birləşdirir.

Bildirilir ki, Universitetin metagenomika və molekulyar biologiya laboratoriyasında son 2 həftə ərzində 91 koronavirus xəstəsindən götürülən nümunələri təhlil edib. Təhlillər nəticəsində 88 Böyük Britaniyada aşkarlanan B1.1.7 ştammına yoluxma və 1 B.1.1.7 + E484K ştammına yoluxma halı qeydə alınıb.

Milli.Az