Yalnız bu zəvvarlara Həccə getməyə icazə veriləcək

6 Aprel 2021 07:21

Səudiyyə Ərəbistanı koronavirusa qarşı peyvənd olunmuş zəvvarlara Ramazan ayında Həcc ziyarətinə getməyə icazə verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc məsələləri üzrə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Həcc ziyarətinə getmək üçün icazə almaq istəyənlər peyvəndin hər iki dozasını almış olmalıdırlar.

Milli.Az