Britaniyada koronavirusa yoluxanların sayı 4,36 milyon nəfəri ötüb

6 Aprel 2021 07:11

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 762 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 362 150 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 26 nəfər, hazırkı dövrədək isə 126 862 nəfər vəfat edib.

Milli.Az