Məktəblərdə daxili monitorinq sisteminin olması çox vacibdir - BŞTİ müdiri

5 Aprel 2021 21:00

Məktəbin uğurlu olmasında yalnız direktorun deyil, müəllimin, valideynin, cəmiyyətin də iştirak etməsi vacibdir:

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, məktəb direktoru cəmiyyətin güvənini qazanmalıdır:
"Təəssüflər olsun ki, bəzi hallarda bu güvəni itirmişik. Direktor şagird üçün də, müəllim üçün də əlçatan olmalıdır".

M.Vəliyeva əlavə edib ki, məktəblərdə daxili monitorinq sisteminin olması çox vacibdir:

"Bu, şagird nailiyyətinə fokuslanmalıdır. Monitorinq sistemi elə qurulmalıdır ki, orada şagirdin akademik bacarığı, psixoloji durumu və s. müəyyən monitorinq alətləri ilə yoxlanılsın. Biz çalışacağıq ki, məktəblərə bu baxımdan dəstək olaq".

Milli.Az