ADA Universitetinin 50 yaşdan yuxarı əməkdaşlarının vaksinasiya prosesi artıq yekunlaşıb - Nazir

5 Aprel 2021 20:30

31 mart tarixinə olan göstəricilərə əsasən, ali təhsil müəssisələri arasında ilk olaraq ADA Universitetinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyətinin vaksinasiya prosesi artıq yekunlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Sumqayıt Dövlət Universiteti (98.2 %), Azərbaycan Universiteti (93.7 %), Bakı Avrasiya Universiteti (91.6 %), Bakı Ali Neft Məktəbi (87.7 %) və Mingəçevir Dövlət Universitetinin (87 %) heyəti də bu prosesi yekunlaşdırmaq üzrədir:

"Təhsil Nazirliyi olaraq bu ali təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik. Öyrənmə prosesinin davamlılığını təmin etmək və təhsil müəssisələrinin ənənəvi fəaliyyətini bərpa etmək üçün vaksinasiya əsas şərtdir".

Milli.Az