Şahdağ Milli Parkında yanğın - FOTO

5 Aprel 2021 19:00

Qubanın Təngəaltı kəndində meşəlik ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın baş verən ərazi Şahdağ Milli Parkının ərazisidir.

Yanğın təqribən üç hektara yaxın sahəni əhatə edir.

Əraziyə Quba Rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikaları cəlb olunub.

Yanğın söndürülüb.

Milli.Az qafqazinfo-ya istinadla fotoları təqdim edir:

Milli.Az