Koçaryan parlament seçkilərinə qatılacaq

5 Aprel 2021 18:19

Ermənistanın sabiq prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcəyini elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, bu barədə Rusiyanın Birinci kanalında yayımlanacaq "Pozner" verilişində deyib.

O bildirib ki, seçkilərdə partiyalar blokunun başçısı kimi iştirak edəcək. Hələlik, bloka hansı partiyaların daxil olacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, erməni KİV-ləri həmin partiyalardan birinin "Daşnaksutyun" partiyasının ola biləcəyi deyilir.

Milli.Az