Oğuzda meşədə yanğın olub

5 Aprel 2021 17:46

Oğuz rayonunun meşəlik ərazisində yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yanğın dağətəyi ərazidə baş verib. Əraziyə Fövqaladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya bildrilib ki, yanğın qısa müddətdə söndürülüb.

Milli.Az