Madonna heyran etməkdə davam edir - FOTOlar

5 Aprel 2021 18:52

62 yaşlı amerikalı müğənni Madonna çılpaq fotoları ilə gündəm olub.

Milli.Az xəbər verir ki, müğənni görüntüləri İnstaqram-da yerləşdirib. Yeni şəkillərdə 62 yaşlı məşhur, boyunbağı və qiymətli metallardan ibarət zəncirlərlə görünüb.

"Niyə hər şeyi izah etməliyəm" deyə pop ulduzu nəşrə imza atıb.  Müğənninin bəzi abunəçiləri müğənninin boynundakı zinət əşyaları arasında Madame X adlı albomunun adının da olduğu bir kulon olduğunu görüblər. Bu anda şəkillər 800 mindən çox bəyənmə və on minlərlə şərh aldı və pərəstişkarları müğənniyə müxtəlif dillərdə təriflər yağdırıb.

Bu ilin yanvarında Madonna 26 yaşlı sevgilisi Ahlamalik Ulyams və uşaqları ilə birlikdə Afrika səyahətinə çıxdığı məlum olub. Üç həftə ərzində sənətçinin və yoldaşlarının, COVID-19 pandemiyası ilə əlaqəli uçuş məhdudiyyətlərinə baxmayaraq, beş ölkəni ziyarət etdikləri qeyd edilib.

Kamran
Milli Az