Bakıda "Hyundai" yandı

5 Aprel 2021 18:22

Bakı şəhərinin Suraxanı rayonunda "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az