“Üç gün öncə dedi ki, məni evə apar” - Rəmişin xanımı

5 Aprel 2021 17:03

İki ay danışmadı. Üç gün öncə asta səslə dedi ki, məni xəstəxanadan evə apar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri bir neçə saat bundan əvvəl dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü Hüseynova jurnalistlərə açıqlamasında deyib:

"Evə aparmadım! İynələr onu yaman günə qoymuşdu. İynə görən kimi pisləşirdi. Ölüm anında yanında tək idim. Həkimləri çağırdım, gec gəldilər. O mənim balam idi. O da getdi".

Milli.Az