Məhkəmə Paşinyanın Qasparyanla bağlı vəsatətini rədd etdi

5 Aprel 2021 17:16

Ermənistanın İnzibati Məhkəməsi Baş nazirin nümayəndəsi Tatevik Saruxanyanın Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Onik Qasparyanla bağlı müvəqqəti qərarın ləğvi barədə vəsatətini rədd edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  qərara görə, məhkəmə son qərar çıxana qədər Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən çıxarılmasını qanunsuz hesab edir.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın iddia müddəasının ləğvi ilə bağlı vəsatəti rədd edilməlidir",- deyə məhkəmənin qərarında bildirilib.

Daha əvvəl Ermənistan İnzibati Məhkəməsi Onik Qasparyanın son məhkəmə qərarı çıxana qədər Baş Qərargahın rəisi vəzifəsində qalmasına dair qərar qəbul etmişdi. Məhkəmə qərarında müvafiq inzibati akt olmadığı üçün Qasparyanın vəzifəsindən azad edilməsinin etibarsız sayıldığı bildirilib.

Milli.Az