Bakıda intihar - Özünü 9-cu mərtəbədən atdı

5 Aprel 2021 16:02

Bakıda intihar hadisəsi baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, orada yaşayan 65 yaşlı Gülağa Məmmədov özünü çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az