SOCAR Rusiya qazının planlaşdırılan tranzit həcmini açıqladı

5 Aprel 2021 16:02

Rusiyanın "Qazprom Eksport" şirkəti ilə imzalanmış qısamüddətli müqavilə çərçivəsində Azərbaycan ərazisində Gürcüstana 150 milyon kubmetrə yaxın Rusiya qazının nəql olunması planlaşdırılır.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, Rusiya qazının tranziti martın 17-dən başlayıb və aprelin 15-dək davam edəcək.

Qeyd edək ki, SOCAR və "Qazprom Eksport" şirkətləri Rusiya qazının tranziti barədə martın 16-da qısamüddətli müqavilə imzalamışdı.

Milli.Az