Tarixdə ilk: insan beyni kompüterə kabelsiz qoşuldu

5 Aprel 2021 18:59

İnsan beyni ilk dəfə "BreynQeyt" texnologiyası ilə kompüterə fikirləri kabelsiz ötürüb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, tədqiqat Brovn Universitetində aparılıb.

Tədqiqat qrupundan Con Simeral bildirib ki, kabelsiz sistemlərin ən yaxşı kabelli sistemlər kimi işləyə biləcəyini sübut etdik:

"Tətqiqat 2 şəxs üzərində aparılıb. Hər iki şəxs iflic olub və fikirlərini çatdırmaları üçün kompüter köməyinə ehtiyac duyublar. Tətqiqatlar zamanı siqnallar demək olar ki, hər iki sistemdə olduğu kimi (kabelli və kabelsiz) eyni dəqiqlikdə kompüterə köçürülüb. İnsanlar artıq kabelli sistemlərə məcbur deyillər".

Milli.Az