La Liqa matçında irqçilik - Futbolçular meydanı tərk etdi

5 Aprel 2021 19:04

İspaniya La Liqasının 29-cu turunda keçirilən "Kadis" - "Valensiya" matçında irqçilik baş verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşün 30-cu dəqiqəsində "Kadis"in müdafiəçisi Xuan Kala "Valensiya"nın futbolçusu Muktar Diakabiyə qarşı irqçi ifadələr səsləndirib. Qvineyalı futbolçu mübahisədən sonra meydanı tərk edib.

Diakabidən sonra "Valensiya" və "Kadis"in bütün futbolçuları paltardəyişmə otağına yollanıb.

10 dəqiqəlik fasilədən sonra hakim komandaları meydana çıxarıb. Diakabi isə əvəzlənib. Matçda "Kadis" 2:1 hesablı qələbə qazanıb.

Milli.Az