İranda daha 172 nəfər koronavirusdan öldü

5 Aprel 2021 18:29

İranda ötən 24 saat ərzində 172 nəfər koronavirusdan ölüb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 63332 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1945964 nəfərə yüksəlib.

O qeyd edib ki, İranda ötən sutka ərzində 13890  nəfər koronavirusa (COVID 19) yoluxub.

Milli.Az