Məşhur serialın yayımı dayandı

5 Aprel 2021 17:59

Türkiyədə yayımlanan "Bir zamanlar Çukurova" serialının çəkilişləri dayandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb ekran işində rol alan aktyor Furkan Palalının koronavirusa yoluxmasıdır.

Onun test nəticəsinin pozitiv çıxması ilə serialın çəkilişlərinə uzun müddət ara verilib.

Qeyd edək ki, Furkan serialda Fikret obrazını ifa edirdi. 

Milli.Az