Axtarışda olan şəxs tutuldu, evindən patronlar tapıldı

5 Aprel 2021 17:44

Azərbaycanda axtarışda olan narkotiklə yaxalanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən 11.07.2020-ci il tarixdə barəsində axtarış elan edilmiş Lənkəran şəhər sakini M.Ocaqov saxlanılıb. Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 4 bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi, yaşadığı ünvandan isə avtomat silahına aid 12 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Milli.Az