İki fotodakı fərq - Koronavirusun təsiri - FOTO

5 Aprel 2021 21:20

Artıq 1 ildən çoxdur ki, davam edən koronavirus pandemiyası insanları tanınmaz hala salıb.

Milli.Az xəbər verir ki, İspaniyada reanimasiya şöbəsinin tibb işçisi bir il ara ilə çəkilmiş iki fotoşəkili yan-yana paylaşaraq pandemiya ilə mübarizəni izah edib.

Foto qısa zamanda böyük maraq doğurub.

"Mən reanimasiyada çalışıram. Bu iki foto arasında bir il fərq var. Düşünürəm ki, üzümdəki dəyişiklik göz qabağındadır, daxilimdə nə olduğunu təsəvvür edə bilməzsiniz", - deyə o, qeyd edib. /medicina.az

Milli.Az