Siqareti 21 günə tərgidəcək - Super qarışım

14 Aprel 2021 23:25

Adətən siqaret çəkənlər üçün onu tərgitmək mümkünsüz kimi gəlir. Lakin siqaret istəyinizi azaldacaq təbii vasitələr də var. Lakin siz bu üsulları yoxlayıb nəticə əldə edə bilməımisinizsə, yaxşı olar ki, uzmanlara müraciət edəsiniz.

Milli.Az sizə evdə hazırlaya biləcəyiniz qarışımı təqdim edir.

Bunun üçün lazım olan ərzaqlar:

- 1 stəkan limonun suyu

- 200 ml çobanyastığı çayı

- 1 stəkan qreypfrut suyu

- 300 ml kakos yağı

- 30 ml zeytun yağı

- 5 qr təzə kəklikotu

Hazırlanması:

Kəklikotundan başqa sadalanan bütün ərzaqları bir birinə qataraq qarışdıraq. Hazır olandan sonra kəklikotunu da əlavə edib bir dəfə də qarışdırmaq lazımdır. Hazırladığınız bu təbii şirəni siqaret içmə istəyiniz gələndə bi rçay stəkanı qədər için. Əgər içə bilmirsinizsə, burnunuzun alt tərəfinə, dodağınızın üstünə bir qədər çəkin.

Qeyd: Təsirini görmək üçün, ara vermədən 21 gün boyun istifadəsinə davam etmək lazımdır. /medicina.az

Milli.Az