SSRİ üçün ən çox darıxan Ermənistan və Azərbaycan sakinləridir?

5 Aprel 2021 16:44

Rusiyanın "Sputnik" agentliyinin sifarişi əsasında SSRİ-nin keçmiş 11 ölkəsində 35 yaşdan yuxarı sakinlər arasında sorğu keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, keçmiş ittifaq sakinləri SSRİ-də həyatın müstəqillik dövrlərindən daha yaxşı olduğunu bildiriblər. Belə ki, Rusiyada respondentlərin 64%-i, Ukraynada isə 60%-i SSRİ-də həyat keyfiyyətinin indikindən yaxşı olduğunu deyiblər.

Maraqlı məqam odur ki, sorğu iştirakçıları arasında SSRİ üçün ən çox darıxan Ermənistan və Azərbaycan sakinləri olublar. Belə ki, ermənilərin 71%-i, azərbaycanlıların isə 69%-i SSRİ dönəmində həyatın indikindən daha yaxşı olduğunu qeyd ediblər.

SSRİ üçün ən az darıxanlar siyahısına isə özbəklər (4%) liderlik ediblər.

Milli.Az