ARB telekanalı HD yayıma keçib

5 Aprel 2021 13:25

ARB telekanalı HD yayıma keçib.

Milli.Az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından məlumat verilib.

"Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:

"ARB" televiziya kanalının (ARB TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 31-ci TV yayım kanalında HD formatında yayımlanması təmin edilsin".

Milli.Az