2020-ci ildə 53 milyon manat vəsait büdcəyə qaytarılıb

5 Aprel 2021 18:14

Hesablama Palatası 2020-ci ildə və əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticəsi olaraq 52846,9 min manat dövlət vəsaitini bərpa edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında" hesabatda bildirilib.

Həmin vəsaitin 50808,5 min manatının dövlət büdcəsinə, 497,0 min manatının DSMF-in büdcəsinə və 1541,4 min manatının dövlət müəssisələrinin hesabına bərpa olunub.

Milli.Az