Kürdəmirdə 3 məktəb koronavirusa görə bağlandı

5 Aprel 2021 15:24

Kürdəmirdə 3 orta məktəb koronavirusa görə bağlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun 1, 2 və 6 saylı tam orta məktəblərində əyani təhsil müvəqqəti olaraq dayandırılıb. Hər 3 məktəb gistant təhsilə keçib.

Məktəblərdə dizinfeksiya işləri aparılır.

Milli.Az