Nigeriyada yüzlərlə məhbus həbsxanadan qaçdı

5 Aprel 2021 17:24

Nigeriyanın cənubundakı İmo ştatında bir qrup silahlı şəxs həbsxanaya hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində yüzlərlə məhbus həbsxanadan qaçıb. Azı bir polis əməkdaşının həlak olduğu deyilir.

Qeyd olunur ki, silahlılar həbsxana ərazisinə orduya məxsus nömrə nişanları olan avtomobillərdə yaxınlaşıb.

Hazırda bölgəyə əlavə qüvvələr yeridilib. Qaçan məhbusların axtarışları aparılır.

Milli.Az