Rusiyada daha 8646 nəfər COVID-19-a yoluxdu

5 Aprel 2021 17:19

Rusiyada son sutka ərzində daha 8646 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 589 540 nəfərə çatıb.

Son sutka ərzində 343 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 100 717 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az