"Nişanlım məni travmalı halımla sevir"

5 Aprel 2021 14:39

Müğənni və model Peris Hilton şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Hilton, "The Times" qəzetinə müsahibəsi zamanı uşaqikən yaşadığı travmalardan danışıb:

"Uşaq vaxtı təhsil aldığım məktəbdə psixoloji təzyiqlərə məruz qalırdım. Həmin vaxt yaşadığım travmalar indiyə qədər mənimlədir. Bu da bəzən insanlarla münasibət qurmağıma mane olur".

Bir müddət əvvəl evlilik yolunda ilk addım ataraq sərmayəçi Karter Reumla nişanlanan Hilton "Keçmişdə aldığım travmalara baxmayaraq hazırda xoşbəxtəm. Çünki nişanlımın mənə qarşı münasibəti çox yaxşıdır. O, məni travmalı halımla sevir" sözlərini söyləyib.

Milli.Az