Gülbən Ergən bu sözlərini satışa çıxardı

5 Aprel 2021 14:09

Türkiyənin pop ulduzu Gülbən Ergən bir müddət öncə jurnalistlərə açıqlamasında səsləndirdiyi "Unutmayın ki, mənə heç nə olmaz" sözlərini hərraca çıxarıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənninin NFT yolu ilə (NFT rəqəmsal varlıqların satışının həyata keçirildiyi sistemdir. NFT (Non Fungible Token) dəyişməz token deməkdir - red.) satışa çıxardığı fikirdən əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə olunacaq. 

"Maqazin aləmində və internetdə trend olan "Unutmayın ki, mənə heç nə olmaz" cümləsi rəqəmsal dünyada həyatına davam etmək üçün # NFT-yə çevrilir. NFT seriyamızın ilk versiyası Rarible-da hərraca çıxarıldı",- deyə Ergən tvitterdə qeyd edib.

Milli.Az