Ermənistanda COVID-19-a yoluxanların sayı 197 mini ötüb

5 Aprel 2021 13:04

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 197 113 nəfərə çatıb.

Milli.Az bildirir ki, ötən sutka ərzində daha 479 nəfər COVID-19-a yoluxub, xəstəlikdən 22 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3614 nəfərə çatıb.

Milli.Az