Gürcüstanda koronavirusa yoluxanların sayı 284 mini ötüb

5 Aprel 2021 12:44

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 228 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 284 061, ölənlərin sayı isə 3 822 nəfərə çatıb. Virusa yoluxanlardan 275 024 nəfərin sağaldığı bildirilir.

Milli.Az