Gürcüstana bu ayın sonunadək “Sinovac” vaksini çatdırılacaq

5 Aprel 2021 12:54

Gürcüstana aprelin sonunadək yeni növ koronavirus (COVID-19) əleyhinə Çin istehsalı "Sinovac" vaksini çatdırılacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Çin vaksininin tətbiqinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiqindən sonra başlanılacaq.

A. Qamkrelidze deyib ki, ÜST-ün Çin istehsalı vaksinləri aprelin ikinci yarısında təsdiqləməsi gözlənilir.

Qeyd edək ki, ötən həftə Gürcüstana 100 min doza Çin istehsalı "Sinopharm" vaksini də çatdırılıb. Qonşu ölkədə indiyədək yalnız "AstraZeneca" və "Pfizer" vaksinləri tətbiq edilib. Gürcüstanda vaksinasiyaya martın 15-də başlanılıb.

Milli.Az