Gələcəyin sahibkarları ilk biznes ideyalarını təqdim ediblər - FOTO

5 Aprel 2021 10:31

Aprelin 3-də "Miniboss Business School Baku"nun ilk Startap Forumu keçirilib. Biznes məktəbinin tədris proqramının tərkib hissəsi olan Startap Forumunun məqsədi uşaq və yeniyətmələri biznes ideyaların yaradılması üçün həvəsləndirmək, peşəkar mütəxəssislər tərəfindən bu ideyaların formalaşdırılmasına dəstəyin göstərilməsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə biznes məktəbin 6-14 yaş qrupundakı şagirdləri peşəkar mütəxəssislərdən ibarət Münsiflər Heyəti qarşında çıxış edərək startap layihələrinin ideyalarını təqdim ediblər.

Sonra münsiflər tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, yeni təhsil metodlarından və yanaşmalarından istifadə edən "Miniboss Business School" beynəlxalq təhsil şəbəkəsidir. Uşaq və yeniyetmələrə biznesin əsaslarının tədris olunduğu biznes məktəbin dünyanın 10-dan çox ölkəsində filialları var. Ölkəmizdə sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, ömürboyu öyrənmək və milli profilli sahibkarlıq mədəniyyətinin formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Miniboss Business School" proqramının Azərbaycanda tətbiq olunmasına dəstək göstərib. 2020-ci ildən Bakıda fəaliyyət göstərən "Miniboss Business School Baku" uşaqların, yeniyetmə və gənclərin erkən yaşlardan biznes və sahibkarlıq sahəsində ilkin bilik və bacarıqlara yiyələnməsini tədris edir.

Milli.Az