Quantanamodakı gizli yer bağlandı

5 Aprel 2021 13:24

ABŞ hökuməti Quantanamo həbsxanasındakı ən təhlükəli şəxslərin saxlandığı "Lager 7"ni qapadıb.

Milli.Az bu məlumatı "rian.ru"ya istinadən yayıb. Məlumata görə, giriş üçün qapalı olan blokda yerləşən bütün məhbuslar "Lager 5"ə köçürülüblər. İllər uzunu hərbçilər belə bir yerin mövcudluğunu belə inkar edib, jurnalistləri ora buraxmırdılar.

Qeyd edək ki, "Lager 7" 2006-cı ildə yaradılıb. O, Quantanamonun ən məxfi hissəsi olub.

Kamran
Milli.Az