100 mindən artıq azərbaycanlının məlumatları oğurlandı - Bu kimi hallardan sığortalanmaq üçün nə etməliyik? - VİDEO

5 Aprel 2021 10:39

''Facebook''da milyonlarla istifadəçinin şəxsi məlumatlarının oğurlanması barədə xəbərlər yayılıb. Röyters agentliyinin yaydığı məlumata görə məlumlatları oğurlanmış istifadəçilər arasında 100 mindən artıq azərbaycanlı da var. Bəs bu kimi hallardan sığortalanmaq üçün nə etməliyik?

"Facebook"un 533 milyon istifadəçisinin şəxsi məlumatları hakerlər tərəfindən oğurlanıb.

Röyters informasiya agentliyinin yaydığı məlumata görə 106 ölkədən olan istifadəçilərin adları, doğum tarixləri, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları ələ keçirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İKT sahəsi üzrə mütəxəssis Elvin Şirinov bildirib ki, bu kimi hallardan sığortalanmaq üçün istifadəçilər tez-tez parollarını yeniləməli, parol təyin edərkən təsdiqləmə əməliyyatında şəxsi mobil nömrələrdən istifadə etməlidirlər. Çünkü mobil nömrə qeyd edilən zaman, hansısa başqa şəxs tərəfindən onun profilinə daxil olma cəhdləri olarkən bunun qarşısı əksər hallarda alınır

Məsələyə münasibət bildirən facebook şirkəti məlumatların 2 il əvvəl təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və həmin məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini bəyan edib. Oğurlanmış hesabların qurtarılması üçün şirkət tərəfindən müvafiq əməliyyat həyata keçirilir.

Milli.Az