Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Bakıya səfər edəcək

5 Aprel 2021 08:47

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakıya səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasından məlumat veriblər.

Məlumata əsasən səfərin 10-11 apreldə olması nəzərdə tutulur. Səfər zamanı Türkiyə Azərbaycan arasında başda KİV sahəsində əməkdaşlıq olmaqla, müxtəlif məsələlərin müzakirəsi nəzərdə tutulur.

Milli.Az