İndoneziyada torpaq sürüşmələri və daşqınlar zamanı ölənlərin sayı 55 nəfərə çatıb

5 Aprel 2021 08:28

İndoneziyada aprelin 4-də başlayan sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı ən az 55 nəfərə yüksəlib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Təbii fəlakətlərin Nəticələrinə qarşı mübarizə üzrə Milli Agentliyin nümayəndəsi bildirib.

Bildirilir ki, daha 40 nəfər itkin düşüb.

Milli.Az