Banqladeşdə sərnişin gəmisi batıb, ən azı 5 nəfər ölüb

5 Aprel 2021 07:55

Banqladeşdə təxminən 50 sərnişin daşıyan kiçik gəmi digər gəmi ilə toqquşduqdan sonra batıb.

Trend TASS-a istinadən xəbər verir ki, nəticədə ən azı beş nəfər ölüb.

Məlumata görə, 11 nəfər xilas edilib. Qurbanların dəqiq sayı bilinmir. Xilasedicilər sağ qalanları axtarır, lakin hava şəraiti səbəbindən prosesin çətin olduğunu qeyd edilir.

Milli.Az