“Baku Steel Company”də faciə: sürücü həlak oldu

4 Aprel 2021 23:41

"Baku Steel Company" MMC-də bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ərazidə işləyən kranın bir hissəsi qırılaraq "KamAZ" markalı yük avtomobilinin üzərinə düşüb.

Hadisə nəticəsində yük maşınının sürücüsü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az