22 fironun mumiyası təntənə ilə daşındı: Misir "firon lənət"indən qorxdu? - VİDEO - FOTO

4 Aprel 2021 22:26

Misirin paytaxtı Qahirədə 22 fironun mumiyalarının daşınması ilə bağlı təntənəli mərasim keçirilib.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Qədim Misirin 22 hökmdarının mumiyalanmış nəşləri Qahirənin mərkəzindəki Təhrir meydanında yerləşən Misir Milli Muzeyindən daşınıb.

"Fironların qızıl paradı" adlanan mərasimdə qədim mumiya tabutlarını daşıyan və qayıqlara bənzədilmiş avtomobillərlə onları müşayiət edənlər 5 km yol qət ediblər.

Mumiyalar Qahirənin tarixi rayonu olan Fustatda inşa olunmuş Milli Misir Sivilizasiyası Muzeyinə yerləşdiriliblər.

17-20-ci sülaləyə aid olan 18 kişi və 4 qadın hökmdarlar arasında 2-ci Ramzes, 3-cü Tutmos, 1-ci Seti və məşhur qadın firon Hatşepsutun da qalıqları vardı.

Təntənəli mərasimdə Misir prezidenti Əbdel Fəttah əs Sisi də iştirak edib.

Misirlilər sosial şəbəkələrdə yazırlar ki, fironların mumiyalarının daşınması ötən həftə Misirdə baş vermiş bədbəxt hadisələrdir. Onların arasında 19 nəfərin həlak olduğu dəmiryol qəzası, Qahirəldə 25 nəfərin ölümünə səbəb olan bina uçqunu və Süveyş kanalında "Ever Given"in saya oturmasıdır.

Misirlilər bütün bunları "fironların lənəti" sayırlar.

Milli.Az