Yunanıstan beynəlxalq uçuşlara qoyulan qadağanı uzatdı

4 Aprel 2021 21:39

Yunanıstan daxili aviareyslərə qoyulan məhdudiyyəti 12 aprel, beynəlxalq uçuşlara qoyulan qadağanı isə 19 aprel tarixinədək uzadıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb koronavirusa yoluxma sayında müşahidə edilən artımdır. Yunanıstana gələn sərnişinlər COVİD-19 testindən keçməli və neqativ nəticəni təsdiq edən sənəd təqdim etməlidir. Bütün xarici sərnişinlər uçuşdan sonra 7 gün karantinə alınacaq. İstisna yalnız vaksin vurduran İsrail vətəndaşlarına aid ediləcək.

Belə ki, iki ölkə arasında əldə olunmuş razılaşmaya əsasən, uçuşdan 2 həftə əvvələdək peyvənd olunan şəxslər Yunanıstana gələrkən karantinə alınmayacaqlar.

Milli.Az