Yaqub Mahmudov daha bir vəzifəsini itirdi

4 Aprel 2021 20:56

AMEA-nın Tarix İnstitutunun baş direktoru Kərim Şükürov akademik Yaqub Mahmudovu qurumun "Orta əsrlər tarixi" şöbəsinin müdiri vəzifəsindən azad edib.

Milli.Az konkret.az-a istinadın bildirir ki, Yaqub Mahmudovun yerinə tarix elmləri doktoru Tofiq Nəcəfli təyin edilib.

Hazırda Y.Mahmudov 2 vəzifə daşıyır. O, AMEA-nın prezidenti Ramiz Mehdiyevin müşaviri və BDU-nun Tarix fakültəsinin "Qədim dünya və orta əsrlər tarixi" kafedrasının müdiridir.

Qeyd edək ki, bu ilin yanvarında Ramiz Mehdiyev Y.Mahmudovu Tarix İnstitutunun direktoru vəzifəsindən azad edib.

Milli.Az