ABŞ-da atışma olub, ölən var

4 Aprel 2021 20:51

ABŞ-ın Virciniya-Biç şəhərində (Virciniya ştatı) baş verən atışma nəticəsində ən az bir nəfər ölüb, ikisi ağır yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "CNN" telekanalı yerli polisə istinadən bildirib.

Məlumata əsasən, ötən gün axşam saatlarında polisə atışma barədə məlumat daxil olub. Hadisə yerində bir nəfər ölü və iki nəfər ağır yaralı şəxs aşkar edilib.

Yaralananlar xəstəxanaya aparılıb.

Milli.Az