Britaniya aprel ayında "immunitet pasportu" sisteminin sınaqlarına başlayacaq

4 Aprel 2021 20:00

Böyük Britaniya hakimiyyəti aprel ayında koronavirusa qarşı immunitet pasportu sisteminin pilot sınaqlarına başlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "The Sunday Telegraph" qəzeti bildirib.

Məlumata əsasən, krallıqda "immunitet pasportları"nın geniş istifadəsi yalnız payıza gözlənilir.

Nəşrin mənbələrinə görə, "immuniter pasportu" smartfonlar üçün hazırlanması və düzəlməsi bir neçə aylıq iş tələb edən bir tətbiq olacaqdır.

Milli.Az