"Çelsi"də ciddi itki

4 Aprel 2021 19:39

"Çelsi"nin futbolçusu Kristian Pulişiç zədələnib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 30-cu turunda "Vest Bromviç"lə oyunda (2:5) xəsarət alıb və meydanı tərk edib. Pulişiçin son durumu tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, Pulişiç bu mövsüm 4-cü dəfə zədələnib.

Milli.Az