Honda debüt oyununa çıxdı

4 Aprel 2021 19:38

"Neftçi"nin yeni transferi Keysuke Honda komandada rəsmi debütünü edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 21-ci turunda hazırda davam edən "Sumqayıt"la matçda meydana çıxıb. O, oyuna 46-cı dəqiqədə daxil olub.

Qeyd edək ki, Yaponiya millisinin sabiq üzvü "Neftçi" ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.

Milli.Az