Rusiya XİN NATO-nu ittiham etdi - FOTO

4 Aprel 2021 18:36

Rusiya XİN NATO-nu sülhü qorumaq üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində paylaşım edilib.

XİN-dən verilən məlumata görə, ötən il alyans ölkələrinin hərbi xərcləri 7.4% artıb.

Qeyd edək ki, paylaşım NATO-nun yaranmasının 72-ci ildönümünə həsr olunub.

Milli.Az