Papa Qarabağla bağlı dua etdi

4 Aprel 2021 18:51

İsanın dirilməsi ilğım deyil, sehrli çubuğu yelləmək, içində olduğumuz ağır vəziyyətdən çıxmaq deyil. Pandemiya hələ də bütün gücü ilə davam edir, iqtisadi və sosial böhran xüsusilə kasıbları vurur, hərbi münaqişələr dayanmır, silahlanma isə əksinə, çoxalır.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu Roma Papası Fransisk Pasxa müraciətində deyib.

"Dünyada həddən artıq təcavüz var. Tanrı, bizə müharibə mentalitetini məğlub etməkdə yardım et! Ukraynanın şərqində və Qarabağdakı münaqişələrdə əsir düşənlərin ailələrinə sağ və sağlam qayıtmalarına yardım et", - Papa bildirib.

Milli.Az