İki "06" toqquşdu, biri kanala düşdü - Quba-Xaçmaz yolunda qəza - FOTO

4 Aprel 2021 18:02

Bu gün Quba-Xaçmaz yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, iki "Vaz 2106" markalı maşın toqquşub.

Qəza nəticəsində avtomobillərdən biri Samur-Abşeron kanalına düşüb. Ətrafdakı insanların köməyi ilə sürücü sudan çıxarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az