İstanbulda qaçış üzrə yeni dünya rekordu qeydə alındı

4 Aprel 2021 18:44

İstanbulda qaçış üzrə yarımarafon yürüşündə yeni dünya rekordu müəyyənləşdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Vesti" resursu bildirir ki, uzun məsafələrə qaçış üzrə dünya çempionu Rut Çepnhetiç qadınlar arasında yarımarafon yürüşündəki ən yaxşı nailiyəti yeniləyib.

Keniyalı idmançı 21 km məsafəni 1 saat 4 dəqiqə və 2 saniyəyə dəf edərək öncəki dünya rekordunu 29 saniyə tezləşdirib.

Qeyd edək ki, bu məsafədə qadınlar arasında əvvəlki rekordun müəllifi efiopiyalı qaçışçı Ababel Yeşaneh olub.

Milli.Az